REGİONLAR
UNESCO-nun illik nəşrində “Lənkəran rayonunun davamlı inkişafı və onun əsas meyarları haqqında” məqalə dərc olunub
Lənkəran, 7 iyul, Bağır Əliyev, AZƏRTAC
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının illik nəşr etdiyi “Ekoloji sivilizasiya, davamlı inkişaf, ətraf mühit” kitabında Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantı Mikayıl Cəfərzadənin “Lənkəran rayonunun davamlı inkişafı və onun əsas meyarları haqqında” məqaləsi dərc edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məqalədə “Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları” çərçivəsində rayonda təhsil, mədəniyyət, gənclər, idman, səhiyyə, kommunal xidmətlər və özəl sektorun inkişafı ilə əlaqədar həyata keçirilmiş layihələr, sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun təmin edilməsi, ümumilikdə Lənkəranın gələcək inkişaf perspektivləri barədə məlumat verilib.
Kitabın oxucu kütləsinin UNESCO-ya üzv olan digər ölkələr də olduğunu nəzərə alaraq, məqalə Azərbaycan, ingilis və rus dillərində dərc edilib.