SİYASƏT
UNESCO-nun nümayəndəsi Alton Grizl Bakını çox bəyənib VİDEO
Bakı, 26 aprel, G.Məlikova, AZƏRTAC
İnklüziv cəmiyyət irqindən, dinindən asılı olmayaraq insanların bərabər yaşama hüquqlarının təmin edilməsidir. Cəmiyyətdə davamlı inkişafa nail olmaq üçün gender bərabərliyi çox vacib rol oynayır. Tədbirin bir sıra digər məsələlər kimi, bu cəhətdən də çox əhəmiyyətli olduğunu düşünürəm. Xüsusilə, indiki zamanda dünyada baş verən hadisələrin fonunda inklüziv cəmiyyət yaratmaq dünyanın ən böyük problemidir.
Bu fikirləri BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunun iştirakçısı, UNESCO-nun nümayəndəsi Alton Grizl (Alton Grizzle) AZƏRTAC-a müsahibəsində bildirib.
Qonaq qeyd edib ki, Bakıda olmaq onun üçün çox xoşdur. Şəhəri az gəzsə də, olduğu yerləri çox bəyənib. Şəhərin yarımadada yerləşməsi ona xüsusi gözəllik bəxş edir.