MƏDƏNİYYƏT


UNESCO-nun sessiyasında dünyada mövcud irsin qorunmasına dair çoxsaylı məsələlər müzakirə ediləcək

Paris, 8 sentyabr, AZƏRTAC

Parisdə UNESCO-nun baş qərargahında “Qeyri-maddi mədəni irsin qorunması” üzrə 2003-cü il Konvensiyasının iştirakçı dövlətlərinin Baş Assambleyasının 8-ci sessiyası başlayıb.

AZƏRTAC xəbər verir ki, sessiyada 178 iştirakçı dövlət dünyada mövcud irsin qorunmasına dair çoxsaylı məsələləri müzakirə edəcəkdir. Sessiyanın əvvəlində Büro seçkiləri keçiriləcək. Hökumətlərarası Komitənin 14-cü sessiyasının hesabatı dinləniləcək. Təşkilatın katibliyinin fəaliyyətinə dair hesab təqdim olunacaq.

2022-2029-cu illər üçün yeni strategiyanın, eləcə də 2022-2025-ci illər üçün proqram və büdcənin hazırlanmasına töhfələr, təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irslə bağlı məsələlərə baxılacaq.

Konvensiyanın həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının iştirakına dair fikirlər dinləniləcək.

“Qeyri-maddi mədəni irsin qorunması” üzrə Konvensiyanın iştirakçı dövlətlərinin Baş Assambleyasının 8-ci sessiyasında Azərbaycan UNESCO yanında Daimi Nümayəndəliyi ilə təmsil olunur.

Sessiya sentyabrın 10-dək davam edəcək.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.