CƏMİYYƏT


UNESCO rəhbəri 2030-cu ilə qədər dünyada qorunan təbiət ərazilərinin sahəsinin iki dəfə artırılmasını təklif edir

Bakı, 4 sentyabr, AZƏRTAC

Beynəlxalq təşkilatlar və hökumət başçıları iqlim dəyişikliyinin təsirləri ilə mübarizəni və qorunan ərazilərin artırılmasını müzakirə edirlər. Bu məsələlər Marseldə açılan Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin konqresinin əsas mövzularından idi.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, konqres iştirakçıları arasında BMT rəhbərliyinin, beynəlxalq birliklərin nümayəndələri, Avropa İttifaqının yüksəkvəzifəli məmurları var. Aktyor və “Conservation International” təşkilatının İdarə Heyətinin üzvü Harrison Ford əsas çıxış edənlərdən biri idi: “Yer üzündə əvəzolunmaz ekosistemlər var. Onlar karbon və biomüxtəliflik baxımından zəngindir. Biz bu bataqlıqların, tropik meşələrinin, mangrove bitkilərinin kiçik bir hissəsini belə xilas etsək, ətrafımızdakı təbiəti, nəfəs aldığımız havanı, suyu, qidanı, iş yerlərini və iqlim şəraitini qoruya bilərik".

Marseldə keçirilən konqresdə UNESCO-nun rəhbəri Odre Azule 2030-cu ilə qədər dünyada qorunan təbiət ərazilərinin sahəsini iki dəfə artırmağa çağırıb. Bu arada Fransa, dənizlərin və okeanların qorunması üzrə işi gücləndirmək üçün zirvə görüşü keçirəcəyinə söz verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.