MƏDƏNİYYƏT
UNESKO-nun Baş Konfransının təhsil nazirləri panelində Azərbaycan da təmsil olunur
Paris, 12 noyabr, AZƏRTAC
Parisdə UNESKO-nun Baş Konfransının 40-cı sessiyası təhsil nazirlərinin paneli öz işini davam etdirir.
AZƏRTAC xəbər verir ki, Baş Konfransın təhsildə inklüzivlik və mobilliyə dair bugünkü panelində 100-dən çox ölkənin təhsil naziri iştirak edir.
Azərbaycanın Təhsil naziri Ceyhun Bayramovun paneldə çıxışı gözlənilir. O, ölkəmizdə təhsil sahəsində aparılan islahatlardan söz açacaq və ali təhsil kvalifikasiyasının tanınmasına dair “Qlobal Konvensiya” haqqında fikirlərini bölüşəcək.
Qeyd edək ki, “Qlobal Konvensiya” müxtəlif ölkələrdə tələbə və elmi tədqiqatçıların apardığı elmi tədqiqatların öz ölkələrində tanınması məqsədilə hazırlanıb. Dünyada 8 milyon elmi tədqiqatının nəticələrinin öz ölkələrində tanınmasını gözləyən tələbə və tədqiqatçı var.
Baş Konfrans öz işini noyabrın 27-dək davam edəcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:14]
Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]