UNESKO-nun jurnalında “Bakı-multikultural şəhər” adlı müsahibə dərc olunub
AzerTAg.az
Paris, 28 sentyabr, AZƏRTAC
UNESKO-nun “Le Courrier de l’UNESCO” jurnalında Fuad Axundovla “Bakı-multikultural şəhər” adlı müsahibə dərc olunub.
AZƏRTAC xəbər verir ki, müsahibədə qədim və müasir Bakı haqqında ətraflı məlumat verilir. XIX əsrdə Bakıda olan ilk neft bumundan, XX əsrin əvvəllərində Bakının dünya xam neftinin 50 faizini istehsal etməsindən bəhs olunub.
XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakıya əcnəbi sərmayədarlarla yanaşı, tanınmış mühəndislər, inşaat üzrə mütəxəssislərin gəlməsindən, Bakının memarlıq simasının zənginləşməsində yerli memarlarla bərabər, əcnəbi mütəxəssislərin də fəal iştirak etməsindən danışılır. O dövrkü Bakının arxitekturasında Qərb memarlarının xüsusi rolu diqqətə çatdırılır.
Müsahibədə Bakının multikultural şəhər olduğu, müxtəlif xalqların birgə mehriban yaşadığı vurğulanır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris



Xəbərin mətnində orfoqrafik səhv var