İQTİSADİYYAT
“UNİBANK” “QIZIL DEPOZİT” OYUNUNU BAŞA ÇATDIRMIŞDIR
“UniBank” kommersiya bankı “Qızıl Depozit” oyununu başa çatdırmışdır. Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hər ay əmanətçilər arasında 100 qram çəkidə yüksəkəyarlı qızıl külçəsi mükafatının oynanılmasını nəzərdə tutan tirajlı həvəsləndirici “Qızıl Depozit” lotereyasının sonuncu, sayca 12-ci oyunu yanvarın13-də keçirilmişdir.
Xatırladaq ki, lotereyanın şərtlərinə görə, oyunda 1000 ABŞ dolları (1000 avro və ya 5 milyon manat) və daha çox məbləğdə 12 ay müddətinə qoyulmuş depozitlər iştirak edirdi. Özü də hər 1000 ABŞ dollarına (1000 avro və ya 5 milyon manat) bir şans düşürdü.
Aylıq oyun bankın baş ofisində tiraj komissiyası tərəfindən keçirilirdi. Oyunda bankın hər bir əmanətçisi iştirak edə bilərdi. Qalib kompüterin köməyi ilə təsadüfi seçim üsulu ilə müəyyənləşdirilirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:09]
Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar
- 19.04.2024 [19:00]
® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 19.04.2024 [18:42]
“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub
- 19.04.2024 [18:24]