DÜNYA


UNICEF: Dünyada qaçqın və köçkün uşaqların sayı 36,5 milyona çatıb

Bakı, 18 iyun, AZƏRTAC

2021-ci ilin sonuna olan məlumata görə, dünyada evlərini tərk etmək məcburiyyətində qalan uşaqların sayı 36,5 milyon nəfərə çatıb, bu da ikinci Dünya müharibəsindən sonra ən yüksək göstəricidir.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat UNICEF-in press-relizində yer alıb Təşkilatın hesablamalarına görə, 2021-ci ilin sonuna olan məlumata görə, münaqişə, zorakılıq və digər böhranlar səbəbindən rekord sayda - 36,5 milyon uşaq qaçqın və köçkün vəziyyətinə düşüb. Onların sırasına xaricdə sığınacaq axtaran 13,7 milyon qaçqın uşaq və evlərini tərk etməyə məcbur olan, lakin öz ölkələrində qalan 22,8 milyon yetkinlik yaşına çatmayan köçkün daxildir. Bununla yanaşı, UNICEF ekspertləri hesablama apararkən təbii fəlakətlər nəticəsində yurdlarını tərk edən uşaqları nəzərə almayıb.

Ümumiyyətlə, son 10 ildə dünyada qaçqın və köçkünlərin sayı iki dəfə artıb ki, onların da yarıdan çoxunu uşaqlar təşkil edir. Həmin uşaqların üçdə biri Afrikanın cənub-şərqində, dörddə biri Avropa və Mərkəzi Asiyada, 13 faizi isə Yaxın Şərqdə və Şimali Afrikada yaşayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.