CƏMİYYƏT


UNICEF-in regional direktoru Azərbaycana səfərə gələcək

Bakı, 17 noyabr, AZƏRTAC

UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Afşan Xan noyabrın 20-22-də Azərbaycana rəsmi səfərə gələcək.

UNICEF-in Bakı ofisindən AZƏRTAC-a bildirilib ki, Afşan Xan Azərbaycanda uşaqlarla bağlı irəliləyişi müzakirə etmək məqsədilə rəsmi şəxslərlə, ictimaiyyət nümayəndələri ilə və gənclərlə görüşlər keçirəcək.

Səfər çərçivəsində Afşan Xan noyabrın 20-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və UNICEF tərəfindən birgə təşkil olunacaq IV Milli Uşaq Forumunun açılışında iştirak edəcək. Forum Beynəlxalq Uşaqlar Günündə, Azərbaycanın 1992-ci ildə ratifikasiya etdiyi Uşaq Hüquqları Konvensiyasının UNICEF tərəfindən qəbul edilməsinin ildönümündə baş tutacaq. Bu il Dünya Uşaqlar Günü mövzusu “Uşaqlar səlahiyyətləri təhvil alırlar” devizi altında keçiriləcək. Bu, dünyadakı uşaqları həmyaşıdlarının üzləşdiyi problemlərə dair şəxsi ideya, fikir və innovasiyalarını bölüşmək üçün bir gün müddətinə böyüklərin rolunu üzərilərinə almağa dəvətdir.

UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru səfəri zamanı bütün uşaqları öz ailələrinin, icmalarının və xalqlarının gələcəyinə davamlı töhfə verməyə qadir vəziyyətə gətirmək üçün onlara bacarıqlar öyrətmənin və imkanlar təmin etmənin vacibliyini vurğulayacaq. Afşan Xan uşaqlara, xüsusilə ən həssas vəziyyətdə olan və qayğıdan məhrum olmuş uşaqlara qoyulan investisiyanın dayanıqlı iqtisadi inkişafı, çiçəklənməni və hər kəs üçün imkanları necə dəstəkləyəcəyi barədə danışacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.