UNICEF: müharibə Ukraynada 5 milyondan çox uşağın təhsilini yarımçıq qoyub
AzerTAg.az

Bakı, 25 yanvar, AZƏRTAC
Ukraynadakı müharibə səbəbindən 5 milyondan çox uşaq təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb. Valideynlər mümkün təhlükəni nəzərə alaraq, övladlarını məktəbə göndərməkdən çəkinir. Elektrik enerjisinin kəsilməsi isə onlayn təhsili mümkünsüz edir.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, UNICEF-in Avropa və Mərkəzi Asiya regionu üzrə nümayəndəliyinin tviter səhifəsində paylaşılan məlumatına görə, Ukraynadan kənardakı vəziyyət də ürəkaçan deyil. Üç qaçqın uşaqdan ikisi onları qəbul edən ölkələrdə dərslərə cəlb olunmur.
Rusiyanın hücumları nəticəsində Ukraynada minlərlə təhsil müəssisəsi dağıdılıb və ya zərər görüb. UNICEF mülki obyektlərə, o cümlədən enerji infrastrukturuna zərbələri dayandırmağa çağırıb.
Xəbərin mətnində orfoqrafik səhv var