MƏDƏNİYYƏT


UNİVERSİTET KOLLEKTİVİ ƏLİLLƏRİ YAD ETMİŞDİR

Beynəlxalq Əlillər günü münasibətilə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə kollektivi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şağan qəsəbəsindəki müharibə əlilləri üçün müalicə pansionatında olmuşdur.

Pansionatdan AZƏRTAC-ın müxbirinə demişlər ki, qonaqlar burada müalicə edilən əlillərlə görüşmüş, onların qayğıları ilə maraqlanmışlar.

Sonra universitetin xalq musiqisi və çalğı alətləri kafedrasının dosenti, respublikanın əməkdar artisti Hacı Zamiq Əliyevin rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının ifasında xalq mahnıları, təsniflər, muğamlardan parçalar səslənmişdir.

Axırda pansionatın baş həkimi Arif Məmmədov Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə kollektivinə minnətdarlığını bildirmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.