Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

URUQVAY ŞƏRQ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB XORXE LUİS BATLYE İBANYESƏ

Hörmətli cənab Prezident,

Uruqvay Şərq Respublikasının milli bayramı – Müstəqillik elan edilməsi günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında yaranmaqda olan dostluq münasibətləri birgə səylərimiz sayəsində daim inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 avqust 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin