DÜNYA


USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb

USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb

Tbilisi, 19 sentyabr, AZƏRTAC

USAİD Gürcüstanda iqtisadi islahatların sürətləndirilməsi, enerji, nəqliyyat, logistik və digər layihələr üçün 1,5 milyard ABŞ dolları yardım ayırıb.

Gürcüstan hökumətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə Vaşinqtonda səfərdə olan Baş nazir Mamuka Baxtadzenin USAİD-in baş ofisində, bu qurumun rəhbəri Mark Qrin ilə görüşündə məlumat verilib.

Görüşdə Gürcüstanda demokratiya, söz azadlığı, insan hüquqları ilə yanaşı, ölkənin iqtisadi inkişafı, regional layihələrdə iştirakı və digər məsələlər də diqqət mərkəzində olub.

Regionda həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat və logistik layihələrin əhəmiyyəti qeyd edilib. Gürcüstanın bu layihələrdə iştirakının vacibliyi vurğulanıb və ölkənin enerji təhlükəsizliyinin dayanıqlı təmin olunması üçün USAİD-in yardımının artırılması məqsədəuyğun sayılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.