İQTİSADİYYAT


USAID İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlığa hazırdır

Bakı, 29 noyabr, AZƏRTAC

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə əməkdaşlıqda maraqlıdır.

İİTKM-dən AZƏRTAC-a bildiriblər ki, mərkəzin icraçı direktoru Vüsal Qasımlı USAID-in və ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndə heyəti ilə görüşüb. Görüşdə tərəflər iqtisadiyyatın şaxələndirilməsi sahəsində ABŞ və Azərbaycan arasında əməkdaşlığı müzakirə ediblər.

V.Qasımlı son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi islahatlar barədə məlumatlar verib. Bildirib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi monitorinq və qiymətləndirmə institutunu inkişaf etdirməklə "yaxşı idarəetmə"yə öz töhfəsini verir. Məhz islahatların nəticəsində Azərbaycan dünyada ən islahatçı ölkə statusunu qazanıb, ölkədə makroiqtisadi sabitlik və iqtisadi artım təmin edilib.

O, həmçinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azexport.az", "Enterpriseazerbaijan.com", "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi və Rəqəmsal Ticarət Qovşağından ibarət ekosistemi barədə qonaqları məlumatlandırıb.

USAID-in missiya direktoru Caydev Sinkx təmsil etdiyi qurumun qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu, yerli biznes mühitinin yaxşılaşdırılması üçün bundan sonra da mümkün töhfə verəcəklərini bildirib. O qeyd edib ki, USAID Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına investisiyaların cəlb edilməsi üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birgə əməkdaşlıq etməyə hazırdır.

Nümayəndə heyəti mərkəzdə "Bir Pəncərə" İxraca Dəstək Mərkəzini ziyarət edərək sahibkarlar üçün yaradılan şəraitlə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.