REGİONLAR


USAID-ın maliyyə dəstəyi ilə Astaranın Qəcimardə kəndində əhalinin texniki su təminatı yaxşılaşdırılıb

Astara, 21 may, Bağır Əliyev, AZƏRTAC

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkəmizdə həyata keçirdiyi “Sosial-İqtisadi Layihələrə Dəstək Proqramı” (SEDA) çərçivəsində Astara rayonunun Qəcimardə kəndində “Texniki su təminatı” layihəsinin icrası nəticəsində əhalinin texniki su ilə təminatı yaxşılaşdırılıb.

SEDA USAID-ın maliyyə vəsaiti və Azərbaycan Hökumətinin dəstəyi ilə Şərq-Qərb İdarəetmə İnstitutu (ŞQİİ) tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birgə əməkdaşlıq əsasında həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon mərkəzindən 14 kilometr aralıda yerləşən Qəcimardə icma üzvlərinin əsas məşğuliyyəti bağçılıqdır. Kənd sakinlərinin gəlirlərinin əsas hissəsi sitrus meyvələrinin satışından formalaşır.

Kəndin suvarma su mənbəyi Pensər çayının qidalandırdığı 240 tonluq su anbarıdır. Su anbarından kənddə gələn texniki su xətləri uzun müddət istismar edildiyi üçün metal boruların bir hissəsi korroziyaya uğrayaraq sıradan çıxmışdı. Yararsız vəziyyətə düşmüş borulardan su sızması baş verdiyindən kənd sakinləri sitrus bağlarını suvara bilmirdilər. Bu isə məhsuldarlığın aşağı düşməsinə və ağacların yanmasına səbəb olurdu.

Qəcimardə icmasının üzvləri mövcud 240 tonluq su çəninin təmir edilməsi, 1,5 kilometr metal boruların plastik borularla əvəz edilməsi və 0,5 kilometr yeni su xəttinin çəkilməsi, eləcə də 115 çıxışı olan 23 supaylayıcının quraşdırılması vasitəsilə kəndin texniki su təminatını yaxşılaşdırmaq üçün USAID və Azərbaycan Hökuməti tərəfindən dəstəklənən SEDA layihəsi ilə öz güclərini birləşdiriblər.

İcma bu layihəyə 10.695 AZN dəyərində kömək edib. USAID isə SEDA vasitəsilə layihəyə 34.694 AZN ayırıb. Layihənin ümumi dəyəri 45.389 AZN-dir.

Mayın 21-də bu münasibətlə kənddə keçirilən mərasimdə çıxış edən USAID-ın Azərbaycan üzrə missiya direktoru Cey Sinqx, SEDA-nın Lənkəran regionu üzrə koordinatoru Əflatun Verdiyev, Şərq-Qərb İdarəetmə İnstitutunun ölkə üzrə direktoru Əhməd Şirinov, Qəcimardə kənd icma şurasının sədri İlham Baxşıyev və başqaları kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik ediblər.

Kənd sakinləri ölkəmizdə yerli əhəmiyyətli sosial layihələrin icrasına verilən dəstəyə görə ABŞ hökumətinə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.