REGİONLAR


USAİD-ın nümayəndə heyəti Masallıda olub

Masallı, 20 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Sentyabrın 19-20-də Masallıya səfər edən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndə heyəti Heydər Əliyev Mərkəzinə, Uşaq-İncəsənət Məktəbinə, Bayraq Meydanına, Azərbaycanın Dövlət Rəmzləri Muzeyinə, Masallı Tarix-Diyarşünaslıq Muzeyinə, “ASAN həyat” kompleksinə gəlib, rayonun görməli yerləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətində, Heydər Əliyev Mərkəzində və rayondakı Qadın Resurs Mərkəzində nümayəndə heyəti ilə görüş keçirilib.

Görüş zamanı qonaqlara Masallının tarixi, sosial-iqtisadi inkişafı, mədəniyyəti, əhalinin məşğuliyyəti barədə məlumat verilib.

USAİD-ın nümayəndə heyətinin üzvü Naida Zeseviç (ABŞ) uzun illər Azərbaycanda fəaliyyət göstərdiyini qeyd edərək, ötən müddət ərzində ölkəmizdə iqtisadi və humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların yaradıldığını, yaxın vaxtlarda təmsil etdiyi təşkilatın xətti ilə Masallıda bir sıra layihələrin həyata keçiriləcəyini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.