UŞAQ ƏMƏYİNİN ARADAN QALDIRILMASI İLƏ BAĞLI LAYİHƏ HƏYATA KEÇİRİLİR
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Beynəlxalq Əmək Təşkilatının proqramına uyğun olaraq “Uşaq əməyinin aradan qaldırılmasında işəgötürənlərin rolu” layihəsini həyata keçirir.
Konfederasiyadan AZƏRTAC-a bildirmişlər ki, layihə çərçivəsində uşaq əməyindən geniş istifadə olunan rayonlarda seminarlar, dəyirmi masalar təşkil ediləcəkdir.