DÜNYA


ÜST: Əfqanıstanda 1,6 milyon doza peyvəndin istifadə müddəti bitir

Cenevrə, 7 oktyabr, AZƏRTAC

Əfqanıstanda koronavirusa qarşı 1,6 milyon doza peyvəndin müddəti bitmək üzrədir.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb və həmin kontingentin təcili şəkildə istifadə edilməli olduğunu bildirib. Qeyd edilib ki, avqust ayından bəri Əfqanıstanda koronavirusa qarşı test və peyvəndlərin həcmi ciddi şəkildə azalıb. Hazırda ÜST ölkənin azı 16 əyalətində yerli tərəfdaşlarla əməkdaşlıq edir və vaksinasiyanın səviyyəsinin qaldırılmasına çalışır.

ÜST tərəfindən verilən məlumata görə, sentyabr ayında ölkədə koronavirusla mübarizə aparan 37 klinikadan doqquzu bağlanıb. Səhiyyə sahəsində çalışan minlərlə insan aylardan bəri maaş ala bilmir və “Taliban” hərəkatı ölkədə hakimiyyəti ələ aldıqdan sonra səhiyyə sistemi çökməyə yaxındır.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.