DÜNYA


ÜST “AstraZeneca” peyvəndindən istifadəyə icazə verib

Cenevrə, 16 fevral, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “AstraZeneca“ şirkətinin koronavirus əleyhinə peyvəndinə təcili istifadə üçün icazə verib.

AZƏRTAC xəbər verir ki, beynəlxalq qurumun Ekspertlər Şurasının tövsiyəsinə müvafiq olaraq peyvəndin beynəlxalq istifadəsi lisenziyalaşdırılıb. Belə bir icazənin verilməsi üçün peyvənd maddəsinin təsir gücü və təhlükəsizliyi ilə yanaşı həmin peyvəndin istehsal olunduğu əczaçılıq müəssisələrinin beynəlxalq keyfiyyət standartlarına cavab verməsi də yoxlanılır.

ÜST-ün təcili istifadə üçün icazəsi BMT təsisatlarının hər hansısa peyvənd və ya dərman preparatını ala və paylaya bilməsi üçün əsas şərtdir. Eyni zamanda, peyvəndlərin yoxlanılması üçün öz imkanları olmayan ölkələr ÜST-ün icazəsini əsas götürərək, həmin peyvəndin istifadəsini rəsmiləşdirirlər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.