CƏMİYYƏT


ÜST: Avropa regionunda koronavirusa qarşı tam peyvənd olunanların sayı yoluxanları ötüb

Cenevrə, 29 aprel, AZƏRTAC

Avropa regionunda koronavirusa qarşı peyvənd olunan insanların sayı bu virusa yoluxanların sayını ötüb.

AZƏRTAC xəbər verir ki, bu məlumatı Ümumdünya Səhiyyə Təşkilatının (DST) Avropa bürosu yayıb. 462 gün əvvəl Avropada ilk dəfə qeydə alınan koronavirusa indiyədək bu regionda yaşayan əhalinin 5,5 faizinin yoluxduğu bildirilir. Büro rəhbəri Hans Kluqe söyləyib ki, Avropa regionunda əhalinin artıq 7 faizi koronavirusa qarşı tam peyvənd olunub.

Bildirilib ki, iki aydan bəri yeni yoluxma hallarının statistikasında azalma müşahidə olunsa da, yoluxma səviyyəsi yüksək olaraq qalır və ağır nəticəli kəskin yoluxma potensialını özündə saxlayır.

ÜST-ün məlumatına əsasən, indiyədək 53 ölkəni əhatə edən Avropa regionunda 51,3 milyon yoluxma halı qeydə alınıb və onun təxminən 1,37 milyonu təkcə ötən həftənin payına düşür. Əhalinin 16 faizi peyvəndin azı bir komponenti ilə peyvənd olunub.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.