DÜNYA
ÜST Avropada koronavirusla bağlı vəziyyətin ağırlaşdığını bildirib
Bakı, 17 sentyabr, AZƏRTAC
Avropada COVID-19 infeksiyasının yayılması ilə bağlı vəziyyət ağırlaşmağa başlayıb, lakin təlaş üçün əsas yoxdur.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropadakı regional direktoru Hans Kluge jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
“Gözümüz önündə ciddi vəziyyət cərəyan edir. Avropada gündəlik yoluxma hallarının miqdarı pandemiyanın qitədə pik həddə çatdığı mart ayındakı səviyyəni ötüb. Ötən həftə koronavirusa gündəlik yoluxma halları 300 min nəfəri keçib. Son iki həftə ərzində Avropa ölkələrinin yarıdan çoxundan yoluxma hallarının 10 faizdən çox artdığı barədə məlumatlar daxil olur”, - deyə Hans Kluge bildirib.
Onun sözlərinə görə, yoluxma hallarının əksəriyyəti 25-41 yaş arası insanlarda qeydə alınır. Virusla mübarizədə bütün Avropa ölkələrini həmrəyliyə çağıran Hans Klyuqqe onlara dəstək üçün mətbuat konfransını qoruyucu maskada keçirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]