CƏMİYYƏT


ÜST Azərbaycanda Səhiyyə Hesabları Sisteminin tətbiqinə dair seminar keçirib

Bakı, 30 mart, AZƏRTAC

Qlobal səhiyyə xərcləri artmağa davam etdikcə, resursların necə istifadə edildiyini qiymətləndirmək və ölkələr üzrə səhiyyə sistemlərini müqayisə etmək çox vacibdir. Səhiyyə Hesabları Sistemini (SHS) tətbiq edən ölkələrə texniki dəstəyin göstərilməsi ÜST-nin prioritetlərindən biridir. Səhiyyə xərclərinin izlənməsi, məlumatların və beynəlxalq müqayisələrin təmin edilməsində qlobal liderliyi ələ alaraq, ÜST Azərbaycana ölkə kontekstini öyrənməyə, yerli potensialı inkişaf etdirməyə və SHS prosedurlarının davamlılığını təmin etməyə kömək etmək üçün texniki dəstək verir.

ÜST-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanı bu sahədə dəstəkləmək üçün ÜST Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Dövlət Statistika Komitəsinin nümayəndələrindən ibarət yerli işçi qrupunun üzvlərinə “Səhiyyə Hesabları Sisteminin Tətbiqi” mövzusunda iki günlük seminar keçirib.

Seminarın məqsədi Səhiyyə Hesabları Sistemi 2011 metodologiyasının icmalını təqdim etmək və Azərbaycanda səhiyyə hesabları tədqiqatının hazırlanması üçün lazım olan ilkin məlumatları müzakirə etmək olub. Seminar Səhiyyə Hesablarının İstehsalı Alətinin (HAPT) icmalı, ölkəyə uyğunlaşdırılmış səhiyyə xərclərinin izlənilməsi metodologiyası, səhiyyə hesablarının yaradılmasına dair ölkə nümunələri və səhiyyə hesablarının öyrənilməsi üçün yerli tərəfdaşlardan əldə edilən məlumatların müzakirəsi kimi mövzuları əhatə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.