CƏMİYYƏT


ÜST Azərbaycanda uşaqlara qarşı zorakılığın durumunu qiymətləndirmək üçün dəyirmi masa keçirir

Bakı, 23 yanvar, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində uşaqlara qarşı şiddət və zorakılığın qarşısının alınması ilə bağlı dəyirmi masa keçirib.

Təşkilatın Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Respublikası Daxili İşlər, Səhiyyə, Ədliyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi və BMT-nin müxtəlif agentliklərinin nümayəndələri iştirak ediblər.

ÜST ötən ildə 2-17 yaşarası bir milyarda yaxın uşağın fiziki, cinsi və ya psixoloji zorakılığa, yaxud laqeyd münasibətə məruz qaldığını bildirir. Uşaqlıq çağında zorakılığa məruz qalmaq sağlamlığa və rifaha ömürlük öz təsirini göstərir.

Azərbaycan Uşaq “qaynar xəttinin” ötən ilin yekunları ilə bağlı hesabatına görə 2018-ci il ərzində quruma uşaq zorakılığı ilə bağlı 3581 müraciət daxil olub.

Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu ilə olan gündəliyinin icrasını təsdiqləyib. Gündəliyin 16.2 hədəfi uşaqların istismarı, alveri, onlara qarşı hər cür zorakılığa və işgəncəyə son verməyi nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.