CƏMİYYƏT


ÜST: COVID-19-a qarşı peyvənd almış insanlar yenə maska taxmalı, sosial məsafəni gözləməlidirlər

Bakı, 13 fevral, AZƏRTAC

COVID-19 xəstəliyinin uzun müddət davam etməsi danılmaz faktdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri virusun yeni variantlarına təkrar yoluxma halları baş verməsini təsdiq ediblər.

AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, COVID-19 xəstəliyini kəskin formada keçirmiş insanların çoxu uzun müddət özlərini pis hiss edir, bəzən işləmək iqtidarında olmurlar.

ÜST-nin nümayəndəsi doktor Canet Diasın sözlərinə görə, belə adamlar “sağalandan sonra” bir ay, bəzən isə 3 aydan 6 aya qədər xəstəliyin simptomları müşahidə oluna bilər.

ÜST ekspertlərinin Çinin Uhan şəhərinə səfəri başa çatıb. Ekspertlər bu virusun mənşəyi barədə 4 ehtimalı öyrənmək məqsədi ilə getmişdilər.

ÜST-nin zoonoz xəstəliklər üzrə eksperti Piter Ben Embarek deyib: “COVID-19 infeksiyasının necə başlanması barədə çox şey öyrənə bildik. 2019-cu ilin dekabrında nələr baş verdiyini indi çox yaxşı anlayırıq. Biz müəyyən edə bildik ki, o vaxt virus Uhanda fəal yayılıbmış”.

Koronavirus xəstəliyi keçirmiş insanların virusun yeni variantlarından birinə təkrar yoluxması barədə məlumatlar daxil olur. ÜST rəhbərinin müavini Sumiya Svaminatan brifinqdə deyib: “Cənubi Afrikadan alınmış ilkin məlumata görə, infeksiyaya məruz qalmış insanlar yenidən yoluxa bilərlər”.

ÜST mütəxəssisləri xatırladırlar: “Hətta COVID-19-a qarşı peyvənd almış insanlar da ehtiyat tədbirlərinə yenə riayət etməli, yəni maska taxmalı, əllərini tez-tez sabunla yumalı və fiziki məsafəni gözləməlidirlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.