DÜNYA


ÜST: COVID-19 virusunun Hindistan variantına 17 ölkədə rast gəlinib

Pekin, 28 aprel, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 virusunun Hindistanda aşkarlanan variantının (B.1.617) dünyada sürətlə yayıldığını, artıq 17 ölkədə koronavirusun bu ştammının aşkarlandığını açıqlayıb.

AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, Böyük Britaniya, ABŞ, Sinqapur kimi ölkələrdə də aşkarlanan COVID-19 virusunun Hindistan variantı virusun orijinal variantından daha təhlükəlidir. Belə ki, bu variantın yoluxuculuq qabiliyyəti daha yüksəkdir və daha ölümcüldür. Bundan başqa, vaksinlərin qoruyuculuq qabiliyyətinə üstün gələ bilir.

Qeyd edək ki, son günlər Hindistanda COVID-19 virusuna yoluxmaların sayı və ölüm halları sürətlə artır. Mütəxəssislər bunun əsas səbəblərindən biri kimi virusun ikiqat mutasiyasının ölkədə sürətlə yayılmasını göstərir. Son bir həftədir ki, dünya üzrə sutkalıq yoluxma antirekordunu Hindistan gündəlik 300 mindən çox yoluxma ilə yeniləyir. Ölüm hallarının çoxalması krematoriyaların işini çətinləşdirib. Belə ki, meyit sayının krematoriyaların gündəlik iş potensialından çox olması səbəbindən meyitlərin şəhərlərin müxtəlif yerlərində yandırılmasına (kremasiya) başlanılıb. Bundan başqa, bir neçə krematoriyanın fasiləsiz işləyən sobalarında ərimə baş verib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.