DÜNYA


ÜST: Cənubi Amerika pandemiyanın yeni episentrinə çevrilir

Cenevrə, 23 may, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Amerikada yeni növ koronavirusa yoluxma hallarının sürətlə artmasını narahatlıqla izləyir.

AZƏRTAC xəbər verir ki, beynəlxalq təşkilatın fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan bu qitənin pandemiyanın yeni episentrinə çevrildiyini bildirib. Onun sözlərinə görə, qitədəki vəziyyət həyəcan doğurur, lakin qitədəki bütün ölkələr içərisində ən gərgin vəziyyət Braziliyada müşahidə olunur. Bu ölkə ötən günlərdə Cənubi Amerikada pandemiyanın yeni ocağına çevrilib. Rəsmi rəqəmlərə görə, hazırda Braziliya ABŞ və Rusiyadan sonra bütün dünyada ən çox yoluxma halının qeydə alındığı üçüncü ölkədir. İndiyədək bu ölkədə 310 min yoluxma və 20 min ölüm halı qeydə alınıb.

Ekspertlərin rəyinə görə, rəsmi statistikadan kənar “kölgə rəqəmləri“ daha yüksəkdir, çünki Braziliyada digər ölkələrlə müqayisədə testlər az aparılır. İndiyədək bütün Cənubi Amerika qitəsində 617 min nəfərin COVID-19-a yoluxduğu müəyyən edib, 34 mindən çox insan bu xəstəliklə əlaqədar vəfat edib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.