CƏMİYYƏT


ÜST: “Delta” ştamı ilkin koronavirusdan iki dəfə daha yoluxucudur

Bakı, 25 iyun, AZƏRTAC

“Delta” ştamı ilkin koronavirusdan iki dəfə daha yoluxucudur. AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Sumiya Svaminatan deyib.

Onun sözlərinə görə, “delta” ştamı artıq 85-dən çox ölkədə mövcuddur. "O, ilkin SARS-CoV-2 virusundan ən azı iki dəfə daha yoluxucudur", - deyə Svaminatan Sumiya tviterdə yazıb.

Alim qeyd edib ki, bu cür ştamı olan insan "iki, dörd, altı və hətta səkkiz nəfər"i xəstəliyə yoluxdura bilər”, - bu səbəbdən bütün ailə tərəfindən xəstəliyə yoluxma daha geniş yayılıb.

O, həmçinin dünyada vaksinlərin əksəriyyətinin, ən azından xəstəliyin ağır keçməsinin qarşısını almaqda səmərəli olduğunu bildirib. Mütəxəssis əlavə edib ki, vaksinasiyanın vacibliyinə baxmayaraq, insanlar maska və əlcək taxmağa davam etməli və sosial məsafəni qorumalıdırlar.

ÜST-nin məlumatına görə, koronavirusun Hindistan variantı (B.1.617) oktyabr ayında aşkar edilib. Daha sonra üç alt növ müəyyən edilib: B.1.617.1, B.1.617.2 ("delta") və B.1.617.3. Onlar bir neçə mutasiya ilə fərqlənirlər. Alimləri ən çox "delta" ştamı narahat edir. Onun mutasiyası davam edir, bu yaxınlarda “delta-plus” (B.1.617.2.1) ştamının yarandığı da məlum olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.