CƏMİYYƏT


ÜST: Dünyada COVID-19 səbəbindən ölüm hallarının sayı həftə ərzində 18 faiz azalıb

Bakı, 29 sentyabr, AZƏRTAC

Ötən həftə (19-25 sentyabr) dünyada 3 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 9 minə yaxın insan isə bu xəstəlik səbəbindən ölüb. AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülleteninə istinadla xəbər verir ki, ötən yeddi gün ilə müqayisədə yoluxma hallarının sayı 11 faiz, ölüm hallarının sayı isə 18 faiz azalıb.

Yoluxma hallarında əhəmiyyətli dərəcədə azalma Afrika (33 faiz), Qərbi-Sakit Okean regionu (19 faiz), Amerika (15 faiz) və Cənub-Şərqi Asiyada (11 faiz) qeydə alınıb. Ölüm hallarını sayı əhəmiyyətli dərəcədə Afrika (34 faiz), Avropa (26 faiz) və Şərqi Aralıq dənizi regionunda (26 faiz) azalıb.

ÜST-nin məlumatına görə, Yaponiya həftə ərzində ən çox - 535 502 yoluxma halı barədə məlumat verib. Ondan sonra ABŞ (361 599), Rusiya (353 826), Çin (292 476) və Almaniya (249 144) qərarlaşıb. ABŞ-da yeddi gün ərzində ən çox - 2 484 ölüm halı qeydə alınıb. Daha sonra Rusiya (712), Yaponiya (659), Çin (497) və Braziliya (450), yer alıblar -informasiya bülletenində qeyd olunur.

Sentyabrın 28-nə olan məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatına pandemiya başlayandan bəri koronavirusa 613 410 796 yoluxma halı və 6 518 749 ölüm halı barədə məlumat daxil olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.