CƏMİYYƏT


ÜST: Dünyada koronavirus səbəbindən ölüm hallarının sayı dörd həftə ərzində 39 faiz azalıb

ÜST: Dünyada koronavirus səbəbindən ölüm hallarının sayı dörd həftə ərzində 39 faiz azalıb

Bakı, 31 mart, AZƏRTAC

Bu il fevralın 27-dən martın 26-dək dünyada koronavirus infeksiyasına təxminən 3,6 milyon insan yoluxub, 25 mindən çox insan isə ölüb.

AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji bülleteninə istinadla xəbər verir ki, ötən 28 gün ilə müqayisədə ölüm hallarının sayı 39 faiz, yoluxma hallarının sayı isə 27 faiz azalıb.

ÜST-nin məlumatına əsasən, dünyada dörd həftə ərzində 3 576 996 yoluxma halı və 25 157 ölüm halı qeydə alınıb.

28 gün ərzində ən çox - 678 002 yoluxma halı ABŞ-də aşkar olunub. Daha sonra Rusiya (333 073), Koreya Respublikası (270 378), Çin (255 961) və Yaponiya (242 894) yer alıb. ABŞ-də fevralın 27-dən martın 26-dək ən çox - 7 909 ölüm halı qeydə alınıb. Daha sonra Böyük Britaniya (2 719), Yaponiya (1 519), Çin (1 230) və Almaniya (1 085) qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.