CƏMİYYƏT


ÜST: Meymunçiçəyi ilə bağlı narahatlıq onun “qlobal Şimal”da yayılmasından sonra artıb

Bakı, 3 avqust, AZƏRTAC

Ölkələr “təsirə məruz qalan insanların milliyyətindən, dərisinin rəngindən və ya dinindən asılı olmayaraq” meymunçiçəyi xəstəliyinin sürətlə yayılmasının qarşısını almaq üçün əməkdaşlığı genişləndirməlidir. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edir.

Seneqalın paytaxtı Dakarda çıxış edən ÜST baş direktorunun fövqəladə hallar üzrə köməkçisi İbrahim Sose Foll qeyd edib ki, ÜST bir neçə il Afrikada meymunçiçəyi problemi üzərində işləyib, lakin bu heç kimi maraqlandırmayıb. O əlavə edib ki, ÜST bu işi son dərəcə çətin maliyyələşdirmə şəraitində həyata keçirməli olub, çünki bu infeksiya “unudulmuş tropik xəstəliklərə” aid edilib və onunla mübarizəyə heç bir vəsait ayrılmayıb.

Lakin bu xəstəlik “qlobal Şimal” ölkələrində peyda olunan kimi dünya reaksiya verib. “Eyni hal Zika virusu ilə də baş verdi və biz bu cür ayrı-seçkiliyə son qoymalıyıq”, - deyə doktor Foll qeyd edib.

İyulun 23-də Ümumdünya Səhiyyə Təşkilatı virusun yayılmasını, beynəlxalq əhəmiyyət kəsb edən, ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib. Qeyd edək ki, bu, səhiyyə sistemində ən yüksək təhlükə səviyyəsidir.

Beləliklə, ÜST koordinasiyanı, ölkələrin əməkdaşlığını və qlobal həmrəyliyi gücləndirməyə çalışır.

“Dünya milliyyətindən, rəngindən və ya dinindən asılı olmayaraq bu insanları qorumalıdır”, - deyə doktor Foll vurğulayıb. Hesab edirəm ki, bu, son dərəcə vacibdir və indi 70-dən çox ölkədə meymunçiçəyi qeydə alındıqdan sonra hamı hərəkətə keçməyə başlayıb.

Bu ilə qədər meymunçiçəyi xəstəliyinə səbəb olan virus nadir hallarda endemik olduğu Afrikadan kənarda yayılırdı.

Lakin mayın əvvəlində Böyük Britaniyada xəstəliklə əlaqədar bir neçə hal barədə yayılan xəbərlər xəstəliyin Avropaya ayaq açdığı barədə bir siqnal idi.

“Meymunçiçəyi xəstəliyi sahəsində tədqiqat proqramını sürətləndirmək çox vacibdir və biz artıq bunu edirik ki, ən çox zərər çəkmiş Afrika ölkələri bu xəstəliyin profilaktikası və onunla mübarizə aparmaq üçün resurslara malik olsunlar”, - deyə doktor Foll bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.