ÜST: Meymunçiçəyi virusuna yoluxma halları artır
AzerTAg.az
Bakı, 28 iyun, AZƏRTAC
Meymunçiçəyi virusuna yoluxma hallarında artım müşahidə olunub. Cari ilin əvvəlindən dünyada meymunçiçəyi virusuna yoluxanların sayı 3 min 413 nəfərə çatıb.
AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı xəbərə istinadla bildirir ki, laboratoriya tərəfindən təsdiqlənmiş halların 86 faizi Avropada, 11 faizi Amerika, 2 faizi Afrika, 1 faizi Şərqi Aralıq dənizi və digər 1 faizi Asiya-Sakit okean regionlarında qeydə alınıb.
Xatırladaq ki, iyunun 23-də Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar komitəsi meymunçiçəyi virusunun yayılması məsələsini müzakirə edib. Komitənin tövsiyəsi əsasında ÜST meymunçiçəyi virusunun yayılmasını ən yüksək xəbərdarlıq pilləsi elan etməkdən imtina edib.

Xəbərin mətnində orfoqrafik səhv var