DÜNYA
ÜST: Meymunçiçəyi virusuna yoluxma halları idarə olunan səviyyədədir
London, 24 may, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son günlər bəzi ölkələrdə müşahidə edilən meymunçiçəyi virusuna yoluxma hallarının idarə oluna bilən səviyyədə olduğunu açıqlayıb.
AZƏRTAC xəbər verir ki, ÜST-nin ekspertlərindən epidemioloq Mariya Van Kerkhove ictimaiyyətin virusla bağlı suallarını cavablandırarkən “Məqsədimiz virusun insandan insana keçməsinin qarşısını almaqdır” deyib.
ÜST rəsmilərindən Rosamund Lyuis bildirib ki, virusun mutasiyaya uğraması ilə bağlı onlarda məlumat yoxdur, lakin virus dəyişməyə meyillidir. Bildirib ki, indiyə qədər əldə edilən məlumatlara əsasən, çiçək vaksini meymunçiçəyi virusuna qarşı 85 faiz təsirlidir. Lyuis, hər kəsin meymunçiçəyi vaksini vurdurmasına ehtiyac olmadığını da bildirib. Normalda yalnız Afrika ölkələrində rast gəlinən meymunçiçəyi virusuna son vaxtlar Şimali Amerika və Avropa ölkələrində 100-dən çox insanda rast gəlinib.
Böyük Britaniyada meymunçiçəyi virusuna yoluxanların sayı 36 nəfərə çatıb.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]