CƏMİYYƏT


ÜST: Peyvənd Avropanın 33 ölkəsində 60 yaşdan yuxarı təxminən 470 min insanın həyatını xilas edib

Bakı, 26 noyabr, AZƏRTAC

Koronavirus əleyhinə peyvəndlər vaksinasiya kampaniyası başlayandan bəri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bölgəsindəki 33 ölkədə 60 və daha yuxarı yaş qrupunda 469 186 nəfərin həyatını xilas etməyə imkan verib. AZƏRTAC xəbər verir ki, bu barədə ÜST-nin Avropa regional bürosunun və Xəstəliklərin Profilaktikası və Nəzarəti üzrə Avropa Mərkəzinin (ECDC) yeni tədqiqatının nəticələrinə əsasən yaydıqları press-relizdə deyilir.

Qiymətləndirmə zamanı 60 yaşdan aşağı yaş qrupunda vaksinasiya ilə xilas edilmiş insan həyatları və koronavirusun ötürülməsinin azalması səbəbindən vaksinasiyanın dolayı təsiri nəticəsində xilas edilmiş insan həyatları nəzərə alınmayıb. Tədqiqat Avropa İttifaqının 23 ölkəsində, həmçinin İslandiya, Norveç, Böyük Britaniya (İngiltərə və Şotlandiya), İsveçrə, Şimali Makedoniya, Monteneqro, Moldova, Ukrayna və İsraildə aparılıb.

"COVID-19 bölgəmizdə çox sayda ölümə səbəb oldu, lakin indi qəti şəkildə deyə bilərik ki, bu pandemiyanın qarşısını almaq üçün bir vasitə kimi COVID-19 əleyhinə peyvənd olmasaydı, daha çox insan ölə bilərdi", - deyə məlumatda ÜST-nin Avropa bürosunun direktoru Hans Klyugenin sözləri sitat gətirilir. - Bəzi ölkələrdə peyvəndlər olmasaydı ölənlərin sayı indiki ilə müqayisədə iki dəfə çox olardı. Ona görə də Avropa regionunda bütün üzv dövlətlərin risk qrupuna aid olan insanların yüksək əhatə dairəsinə ən qısa zamanda nail olması çox vacibdir".

2019-cu ilin dekabr ayından etibarən ÜST-nin Avropa regionu ölkələrində koronavirusdan 1,5 milyondan çox təsdiqlənmiş ölüm faktı qeydə alınıb ki, bunun da 90,2 faizi 60 və yuxarı yaşda olan insanlara təsadüf edir. COVID-19 əleyhinə peyvəndlərin sürətli hazırlanması və tətbiqi milyonlarla ən həssas insanlar üçün ağır xəstəliklər və ölümə qarşı son dərəcə lazım olan müdafiəni təmin etdi, lakin bu vaksinlərin tətbiqinin sürəti və miqyası ÜST-nin Avropa regionunda qeyri-bərabərdir.

Hazırda bu 33 ölkədə 60 və daha yuxarı yaşda olan insanların 20 faizdən 100 faizə qədəri COVID-19-a qarşı tam vaksinasiya kursu keçib. "Tədqiqata əsasən, xilas edilən insanların ən çoxu COVID-19 əleyhinə vaksinasiyanın erkən mərhələsində tətbiq olunduğu və hədəf qrupu əhatəsinin isə yüksək olduğu ölkələrdə olub. Digər ölkələr vaksinin tətbiqi ya daha ləng, və ya da ötürmənin azalması üçün paralel olaraq qeyri-dərman müdaxilələrinin mövcud effektiv istifadəsi ilə aparıldığı səbəbindən vaksinasiyanın məhdud effektini yaşayıblar", - deyə məlumatda qeyd edilir.

Bu günə kimi Azərbaycanda koronavirusa qarşı 10 milyon 426 min 930 peyvənd tətbiq edilib. Birinci mərhələdə peyvənd olunanların sayı - 5 milyon 67 min 433 nəfər, ikinci mərhələdə - 4 milyon 549 min 652 nəfər, 809 min 845 nəfər “buster” doza alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.