DÜNYA


ÜST Səudiyyə Ərəbistanının Həcc ziyarəti qərarını alqışlayıb

Qahirə, 6 iyul, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Səudiyyə Ərəbistanının Həcc ziyarətinin Krallıqda yaşayan və müxtəlif millətlərdən olan məhdud sayda zəvvarların iştirakı ilə keçirilməsi qərarını alqışlayıb.

AZƏRTAC xəbər verir ki, ÜST-nin Baş direktoru həmin qərarın təşkilatın tövsiyələrinə uyğun şəkildə müxtəlif risklərin qiymətləndiriməsi və təhlilinə əsaslandığı, zəvvarların yoluxması ehtimalının minimuma endirilməsi məqsədilə qəbul edildiyini qeyd edib. O deyib: “ÜST Krallığın qərarını dəstəkləyir. Biz başa düşürük ki, bu nəticəyə gəlmək heç də asan olmayıb, həmçinin anlayırıq ki, bu il ziyarətə getmək istəyən insanlar da çox məyus olublar. Eyni zamanda, bu qərar sağlamlığın hər şeydən mühüm olduğuna dair çətin və düzgün seçim etməyin bir örnəyidir”.

Qeyd edək ki, müsəlman ölkələri, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası və ilahiyyatçı alimlər də Səudiyyə Ərəbistanının bu qərarını alqışlayan bəyanatlar yayıblar.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.