CƏMİYYƏT


ÜST: Son iki həftə ərzində koronavirusa yeni yoluxma hallarının sayı 30 faiz artıb

Bakı, 7 iyul, AZƏRTAC

Son iki həftə ərzində koronavirusa yeni yoluxma hallarının sayı 30 faiz artıb.

AZƏRTAC BMT saytına istinadla xəbər verir ki, ÜST-nin rəhbəri doktor Tedros Gebreyesus bu məlumatı Cenevrədə brifinqdə açıqlayıb. Gebreyesusun sözlərinə görə, meymunçiçəyi ilə bağlı vəziyyət də narahatlıq doğurur. ÜST ekspertləri təhlükənin dərəcəsini qiymətləndirmək üçün iyulun 18-də toplaşacaqlar.

Avropada və Amerikada COVID-19-a yoluxmanın yeni dalğası “omikron” ştamının son dərəcə yoluxucu olan BA.4 və BA.5 variantlarının yayılması ilə bağlıdır. Hindistanda bu ştamın yeni növü aşkar edilib. ÜST mütəxəssisləri bu variantı tədqiq edirlər.

Gebreyesusun sözlərinə görə, vəziyyəti mürəkkəbləşdirən bir neçə amil var. Əvvələn, bir sıra ölkələrdə laboratoriya tədqiqatlarının sayı kəskin şəkildə azaldığı üçün ümumi mənzərəni qiymətləndirmək mürəkkəbləşir.

İkincisi, gəlirləri aşağı və orta səviyyədə olan ölkələrdə “perspektivli” yeni antivirus preparatları hələ də əlçatan deyil, yəni bu preparatlara ehtiyacı olan adamlar onu əldə bilmirlər.

Üçüncüsü, vaksinin yaratdığı qoruma dərəcəsi zaman keçdikcə azalır.

ÜST-də risk qrupuna aid insanlara, o cümlədən ahıllara və tibb işçilərinə buster dozalarını daha fəal təklif etməyi, mühüm antivirus preparatlarının əlçatan olmasını təmin etməyi məsləhət görürlər.

ÜST preparatların bölgüsü mexanizmini hazırlamaq üçün hazırda Qlobal Fond və UNECEF ilə əməkdaşlıq edir. 20 ölkə Molnupiravir həbləri alacaq, daha 43 ölkə Ritonavir (Paxlovid) həbləri almağa maraq göstərib. Lakin bu preparatların qiyməti barədə “Pfizer” şirkəti ilə danışıqlar hələ başa çatmayıb.

ÜST rəhbəri planetin bütün sakinlərinə tövsiyə edib ki, pandemiyanın hələ başa çatmadığını unutmasınlar, özlərini və yaxınlarını xəstəlikdən qorumaq üçün sınaqdan keçmiş vasitələrdən istifadə etsinlər. Məsələn, qapalı məkanda maska taxmaq və xəstəliyin simptomları aşkar edildikdə təcrid olunmaq tövsiyə olunur.

Doktor Tedros deyib: “Meymunçiçəyinə gəldikdə, infeksiyanın yayılma miqyası hələ də narahatlıq doğurur. Dünyanın 58 ölkəsində 6 min yoluxma qeydə alınıb”.

İnfeksiyanın aşkar etmək hələ də çətindir. Buna görə çox ehtimal ki, yoluxma hallarının real sayı daha çoxdur. Hazırda bu xəstəliyin episentri Avropada yerləşir. Yeni yoluxma hallarının 80 faizə qədəri məhz Avropada qeydə alınır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.