CƏMİYYƏT


ÜST: “Sputnik V” vaksini barədə qərar “yekun inspeksiya”dan sonra qəbul ediləcək

Bakı, 21 oktyabr, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyada istehsal edilən koronavirus əleyhinə “Sputnik V” vaksini barədə qərar onun təcili tətbiq edilməli vasitələr reyestrinə (Emergency Use Listing, EUL) daxil edilməsi proseduru çərçivəsində Rusiyada “yekun inspeksiya”dan sonra qəbul ediləcək.

AZƏRTAC ÜST-nin saytına istinadla xəbər verir ki, “EUL çərçivəsində ÜST-nin qiymətləndirmə prosedurunda COVID-19 vaksinlərinin statusu” adlı sənəddə “Sputnik V” vaksini barədə prosesin bərpa olunması qeyd edilir. İndi bu təşkilatda “yekun inspeksiya” keçirilməsi barədə əlavə məlumatı gözləyirlər. Sənəddə vurğulanır ki, bütün məlumatlar təqdim ediləndən və sonrakı təftişlər başa çatandan dərhal sonra ÜST-də “Sputnik V” barədə qərar qəbul ediləcəyi tarix müəyyən olunacaq.

Rusiya Birbaşa İnvestisiyalar Fondu oktyabrın 20-də bildirib ki, ÜST “Sputnik V” vaksininin bəyənilməsi prosedurunun davam etdiyini təsdiqləyib. Məlumatda deyilir: “ÜST-nin bir qrup inspektoru vaksin barədə bütün zəruri məlumatları toplamaq üçün yaxın vaxtlarda Rusiyaya səfər etməlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.