DÜNYA


ÜST Türkiyə və Suriyada baş vermiş güclü zəlzələ ilə əlaqədar regionda fövqəladə vəziyyət elan edib

ÜST Türkiyə və Suriyada baş vermiş güclü zəlzələ ilə əlaqədar regionda fövqəladə vəziyyət elan edib

Cenevrə, 8 fevral, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Türkiyənin cənub-şərqi və Suriyadakı güclü zəlzələ ilə əlaqədar təcili yardım materiallarının toplanmasına start verib, yaralılara və həssas qrupa daxil insanlara əsas tibbi yardım göstərmək üçün təcili tibbi yardım qrupları şəbəkəsini aktivləşdirib.

AZƏRTAC xəbər verir ki, bunu ÜST-nin rəhbəri Tedros Qebreyesus İcraiyyə Şurasının brifinqində deyib. O bildirib ki, ÜST Dubaydakı logistika mərkəzindən tibbi ləvazimatlar, o cümlədən əsas cərrahi dəstlər ilə birlikdə hər iki ölkəyə üç çarter reysi göndərir: “Biz qarşıdakı kritik saatlarda və günlərdə və hər iki ölkənin bərpası və yenidən qurulması zamanı gələcək aylarda və illərdə hakimiyyət orqanlarına dəstək vermək üçün bütün tərəfdaşlarla sıx əməkdaşlıq edəcəyik”.

Qeyd edilməlidir ki, ÜST güclü zəlzələnin dağıntı və uzunmüddətli fəsadlarının ümumilikdə 23 milyon insanın həyatına təsir göstərəcəyini bildirib və regionda ən yüksək - üçüncü dərəcəli fövqəladə vəziyyət elan edib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.