DÜNYA


ÜST Ukraynanı səhiyyə üzrə ağır fövqəladə vəziyyət olan regionlar sırasına daxil edib

ÜST Ukraynanı səhiyyə üzrə ağır fövqəladə vəziyyət olan regionlar sırasına daxil edib

Cenevrə, 5 fevral, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) müharibə nəticəsində yaranmış vəziyyətə görə Ukraynanı dünyada səhiyyə üzrə kəskin fövqəladə vəziyyət yaranmış səkkiz regiondan biri kimi dəyərləndirib.

AZƏRTAC xəbər verir ki, beynəlxalq qurumun hesabatında ötən ilin doqquz ayı ərzində hərbi əməliyyatlar nəticəsində Ukraynada 14 mindən çox mülki şəxsin həlak olduğu əksini tapıb. Qeyd edilib ki, hazırda 17,7 milyon insanın humanitar yardıma ehtiyacı var və 7,5 milyon ukraynalı Avropa ölkələrində qaçqın kimi yaşayır. Dünya üzrə səhiyyə müəssisələrinə ağır silahlarla edilmiş 471 hücumun 448-i Ukraynada baş verib.

Təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən İcraiyyə Şurasına təqdim edilmiş hesabat Rusiya tərəfindən tənqid edilib, sənədin birtərəfli və əsassız olduğu göstərilib. Rəsmi Moskva Ukraynada mülki obyektlərin hədəfə alınmadığını iddia edir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.