CƏMİYYƏT


ÜST beynin sağlamlığının optimallaşdırılması sahəsində tədqiqatları genişləndirməyə çağırıb

Bakı, 10 avqust, AZƏRTAC

Yer kürəsində insanların orta hesabla üçdə birinin həyatında müəyyən məqamda bu və ya digər nevroloji pozuntu inkişaf edir. Belə pozuntular dünyada əlilliyin əsas səbəbi və ölüm hallarının yayılma dərəcəsinə görə ikinci əsas səbəbdir.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni məruzəsində insanın həyatı boyu onun beyninin sağlamlığının optimallaşdırılması məsələsindən bəhs edilir.

ÜST-nin nümayəndəsi doktor Ren Minqxi deyib: “Şübhəsiz, beyin insan bədəninin ən mürəkkəb orqanıdır. O bizə ətraf aləmi hiss etmək, fikirləşmək, onunla qarşılıqlı fəaliyyətdə olmaq imkanı verir. Beyin həm də orqanizmin həyati əhəmiyyətli funksiyalarını, o cümlədən ürək-damar, tənəffüs, endokrin və immun sistemlərinin işini tənzimləməyə kömək edir”.

ÜST-nin məlumatına görə, gəlir səviyyəsi aşağı və orta olan ölkələrdə ifrat yoxsulluq və böyümənin ləngiməsi səbəbindən 5 yaşa qədər uşaqların 43 faizinin, yəni 250 milyona yaxın oğlan və qızın inkişaf potensialını reallaşdırmaq mümkün olmur, bu isə yaşlı həyat dövründə illik qazancın 26 faiz azalmasını proqnozlaşdırmağa əsas verir.

ÜST-nin məruzəsi beyinin sağlamlığına təsir göstərən amillərin beş əsas qrupu barədə təsəvvür yaradır: fiziki sağlamlıq, sağlam ətraf mühit, təhlükəsizlik və müdafiə olunma, təhsil və sosial əlaqələr, keyfiyyətli xidmətlərin əlçatan olması.

ÜST bildirib ki, bu amillərin ahəngdar şəkildə əlaqələndirilməsi bir sıra nevroloji və psixi xəstəliklərin yayılma dərəcəsini azaltmağa, həyatın ümumi keyfiyyətini yaxşılaşdırmağa imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.