CƏMİYYƏT


ÜST meymunçiçəyinin adını “empoks”la əvəz edib

ÜST meymunçiçəyinin adını “empoks”la əvəz edib

Bakı, 29 noyabr, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya ekspertləri ilə apardığı bir sıra məsləhətləşmələrdən sonra meymunçiçəyinə (monkeypox) sinonim qismində yeni “empoks” (mpox) terminini təsdiqləyib. “Meymunçiçəyi” termini tədricən istifadədən çıxana qədər bir il ərzində hər iki ad eyni vaxtda istifadə olunacaq.

AZƏRTAC bu barədə BMT-nin saytına istinadla xəbər verir.

Bu ilin əvvəlində meymunçiçəyi yayılmağa başladıqda internetdə və bəzi icmalarda irqi ifadələr yer almışdı. Bəzi ölkələrin nümayəndələri görüşlərdə ÜST-yə bu barədə narahatlıqlarını çatdırıb və təşkilatdan bu xəstəlik üçün yeni ad təklif etməyi xahiş ediblər.

Yeni xəstəliklərə və istisna olaraq, mövcud xəstəliklərə yeni adların verilməsi ÜST-nin səlahiyyətlərinə daxildir, bununla Xəstəliklərin Beynəlxalq Təsnifatı (XBT) ÜST-yə üzv ölkələrin iştirakı ilə konsultativ proses çərçivəsində məşğul olur.

ÜST XBT-nin yenilənmə prosesinə müvafiq olaraq bir sıra ekspertlər, həmçinin üzv ölkələrin və geniş ictimaiyyətin nümayəndələri arasında sorğu apararaq qərara alıb ki, “empoks” bir il keçid dövrü ərzində daha üstün tutulan termin olacaq. Bu, xəstəliyin qlobal yayıldığı vaxt adın dəyişdirilməsi ilə bağlı yaranan qarışıqlıqdan çəkinmək imkanı verəcək.

“Empoks” termini XBT-nin ilk onluğuna yaxın günlərdə əlavə ediləcək və 2023-cü ildə XBT-11-in rəsmi nəşrinə daxil olacaq.

Adətən XBT-nin yenilənmə prosesi bir neçə il çəkir, lakin indiki halda bu proses tezləşdirilib. Məsləhətləşmələrdə yeni adın müxtəlif dillərdə yazılışı ilə bağlı məsələ müzakirə olunub və qərara alınıb ki, “empoks” termini başqa dillərdə də istifadə oluna bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.