CƏMİYYƏT


ÜST nümayəndəsi: Qapalı məkanlarda, kütləvi toplaşmalar zamanı tibbi maskadan istifadə etmək çox vacibdir

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycanda yeni növ koronavirus (COVID-19) əleyhinə peyvəndlənənlərin sayında müşahidə edilən artım sevindiricidir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

ÜST nümayəndəsi bildirib ki, Azərbaycan regionda koronavirus əleyhinə peyvəndləməyə ilk başlayan ölkələrdəndir: “Vətəndaşlar vaksinasiya prosesində nə qədər aktiv iştirak edərlərsə, infeksiya ilə mübarizədə əhəmiyyətli nəticə əldə edə bilərik. İndiyə qədər Azərbaycanda əhalinin təxminən 30 faizi iki doza peyvənd qəbul edib. Nəzərə almaq lazımdır ki COVID-19-la mübarizədə təkcə peyvəndləmə kifayət deyil. Bütün dünya başa düşür ki, yalnız peyvəndlə xəstəlikdən xilas olmaq mümkün deyil. Qapalı məkanlarda, kütləvi toplaşmalar zamanı tibbi maskadan istifadə etmək çox vacibdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.