REGİONLAR


ÜST proqramının Cənubi Qafqaz üzrə Mərkəzinin laboratoriyalar üzrə eksperti Sumqayıt xəstəxanasında olub

Sumqayıt, 24 may, Ətrabə Rzayeva, AZƏRTAC

Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının birgə layihəsi olan “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” çərçivəsində ÜST Fövqəladə Hallar Proqramının Cənubi Qafqaz üzrə Mərkəzinin laboratoriyalar üzrə eksperti Radu Kojokaru 1 saylı Sumqayıt şəhər xəstəxanasının kliniki laboratoriyasında biotəhlükəsizlik idarəetmə sisteminin və risklərin azaldılması tədbirlərinin qiymətləndirilməsini həyata keçirib.

AZƏRTAC xəbər verir ki, ÜST eksperti milli təlimatların laboratoriyalarda biotəhlükəsizlik üzrə yeni ÜST bələdçisinə (4-cü buraxılış) uyğun olaraq yenilənməsini, işçi heyəti üçün təhlükəli tullantıların və materialların toplanması, seqreqasiyası, inaktivasiyası və zərərsizləşdirilməsinə dair əlavə təlimlərin keçirilməsini, iş yerində bioloji risklərin müəyyən edilməsi və azaldılmasını, habelə mövcud risklərə uyğun şəkildə fərdi qoruyucu vasitələrdən rasional istifadəni tövsiyə edib.

Dayanıqlı laboratoriya şəbəkəsi yaranan və təkrarən ortaya çıxan qlobal sağlamlıq təhlükələrinin müəyyən edilərək aradan qaldırılmasının əsasını təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.