CƏMİYYƏT


ÜST qızılca xəstəliyi hallarının sayının 1996-cı ildən etibarən ən yüksək həddə çatdığını bildirib

Bakı, 13 noyabr, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edir ki, dünyada qızılca xəstəliyinin hallarının sayı xeyli artıb. Belə ki, 2019-cu ildə yoluxma hallarının sayı 870 minə çatdı - bu, 1996-cı ildən bəri ən yüksək göstəricidir. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, xəstəlikdən ölənlərin sayı cəmi üç il ərzində 50 faiz artıb.

Özü də keçən il yoluxma hallarının əksəriyyəti - 73 faizi doqquz ölkəyə - Gürcüstan, Qazaxıstan, Ukrayna, Şimali Makedoniya, Madaqaskar, Mərkəzi Afrika Respublikası, Konqo Respublikası, Samoa Və Tonqa Krallığına təsadüf edib.

Ekspertlər qeyd edirlər ki, Ukraynada qızılca epidemiyası əhalinin və tibb işçilərinin peyvəndlərə inamsızlığı, eləcə də onların tədarükü və saxlanması ilə bağlı problemlər səbəbindən baş verib.

ÜST qeyd edir ki, bundan əvvəl, bu xəstəliklə mübarizədə əhəmiyyətli irəliləyişə nail olunub. 2016-cı ildə dünyada rekord sayda yoluxma hallarının aşağı olması qeydə alınıb.

Dünyanın bütün regionlarında baş verən yeni qızılca epidemiyasının səbəbi vaksinasiya problemləri, o cümlədən koronavirus pandemiyası ilə bağlı immunizasiya kampaniyaları zamanı əhəmiyyətli gecikmələr, bəzi hallarda isə əhalinin peyvənddən imtina etməsi oldu.

ÜST-də bildirirlər ki, bu gün əhalinin iki əsas dərmanla - MCV1 və MCV2 ilə vaksinasiya nisbəti müvafiq olaraq 85 və 71 təşkil edir, təsirli qızılca nəzarəti üçün əhatə dairəsi isə ən az 95 faiz olmalıdır.

Bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) və ÜST-un mütəxəssisləri qızılca və poliomielit epidemiyasından xilas olunmaq üçün mümkün olan hər bir tədbir görməyə və koronavirus pandemiyasına baxmayaraq uşaqları bu xəstəliklərə qarşı peyvənd etmək üçün planlı kampaniyalar həyata keçirmək çağırışı ilə çıxış etmişdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.