CƏMİYYƏT


ÜST rəhbəri: Pandemiya hələ bitməyib

Bakı, 24 may, AZƏRTAC

Pandemiyanın bitməsinə hələ çox vaxt var.

AZƏRTAC xəbər verir ki, bu barədə ÜST-nin rəhbəri Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən Ümumdünya Səhiyyə Assambleyasının 75-ci iclasında bildirib.

“Pandemiya dünyanın ÜST-ə ehtiyacı olduğunu nümayiş etdirib. Mən davamlı maliyyə üzrə İşçi Qrupun növbəti onillikdə icbari ödənişlərin əsas büdcəsinin 50 faizinə qədər artırılmasına dair tövsiyəsini alqışlayıram”, - deyə ÜST-nin Baş direktoru Tedros Qebreyesus bildirib.

"Biz hələ də bir çox problemlərlə qarşılaşırıq və konkret olaraq indi olduğumuz yeri müəyyənləşdirməliyik. Pandemiyanın başa çatmasına hələ çox vaxt var. Biz onunla mübarizəni davam etdirdikcə, səhiyyənin bərpası problemi ilə üzləşirik, çünki üzv dövlətlərin 90 faizi bir və ya bir neçə əsas səhiyyə xidmətinin fəaliyyətində fasilələrin olduğunu bildirir", ‒ deyə o əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.