SİYASƏT
ÜST-ün baş direktoru Azərbaycan hökumətinə və xalqına verdikləri töhfəyə görə təşəkkür edib
Bakı,10 aprel, AZƏRTAC
Azərbaycan hökumətinə və Azərbaycan xalqına verdikləri töhfəyə görə təşəkkür etmək istəyirəm. Həqiqətən, Azərbaycan 5 milyon ianə verib. Türkiyə də sağ olsun. Avropalı qonşularınıza kömək edir, onlara əsas materiallar göndərirsiniz. Hamınıza təşəkkür etmək istərdim.
AZƏRTAC xəbər verir ki, bunu Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşünə Cenevrədən qoşulan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
Pandemiyaya son qoymaq üçün əməkdaşlığı və qarşılıqlı fəaliyyəti genişləndirməyə çağıran ÜST-nin baş direktoru deyib: “Siz isə bunu edə biləcəyinizi göstərdiniz. Biz hamımız birlikdə bu vəziyyətə düşmüşük. Biz hələ uzun bir yol keçməliyik. Prezident Əliyevin indicə dediyi kimi nə lazımdır – həmrəylik və qətiyyət. Biz bu ümumi təhlükəni birlikdə dəf edəcəyik”.
Tedros Adhanom Qebreyesus Türk Şurasının fövqəladə Zirvə görüşünün işində iştirak etməyin onun üçün böyük şərəf olduğunu vurğulayıb.