CƏMİYYƏT


ÜST-ün missiyası malyarıya ilə yerli yoluxmanın kəsilməsinin sertifikatlaşdırılması üzrə işə başlayıb

Bakı, 17 may, AZƏRTAC

Azərbaycanda malyariya ilə yerli yoluxmanın kəsilməsinin sertifikatlaşdırılması üzrə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyası öz işinə başlayıb.

AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadla bildirir ki, missiyanın məqsədi Azərbaycanda malyariya ilə yerli yoluxmanın kəsilməsinin sertifikatlaşdırılması üçün hazırlanmış sənədləri nəzərdən keçirmək və ehtiyac yarandığı təqdirdə, təkmilləşdirilməsi üzrə texniki məsləhətlər vermək, malyariyanın ölkədə yenidən yayılmasının qarşısının alınması üçün mövcud proqramı qiymətləndirmək, o cümlədən əvvəllər malyariyanın endemik olduğu ərazilərə səfərlər etmək, habelə Azərbaycanda sertifikatlaşdırma prosesinin vaxt qrafiki ilə əlaqədar Səhiyyə Nazirliyi ilə müzakirə və konsensus əldə etməkdir.

Missiya çərçivəsində ÜST-nin əməkdaşları, Qlobal Malyariya Proqramının Eliminasiya şöbəsinin müdiri Elxan Qasımov və həmin şöbənin əməkdaşı Xiao Hong Li ilə səhiyyə nazirinin müavini Nadir Zeynalov və nazirliyin İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova, TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva arasında işçi görüş keçirilib. Mütəxəssislər Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə baş çəkərək sertifikasiya prosesi ilə əlaqədar müzakirələr aparıblar.

Missiya 5 gün davam edəcək.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.