DÜNYA


ÜST uşaqların və yeniyetmələrin koronavirusa qarşı peyvənd olunmasına çağırıb

Bakı, 24 iyun, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yenilənmiş tövsiyələrində uşaqların koronavirus əleyhinə peyvənd olunmasına çağırış edilir.

AZƏRTAC qurumun saytına istinadla xəbər verir ki, yenilənmiş tövsiyələrdə uşaqların və yeniyetmələrin koronavirusu adətən daha yüngül formada keçirdikləri qeyd olunur. “Bu səbəbdən COVID-19 infeksiyasını ağır keçirmə riski olan qrupa düşmədikləri üçün onları yaşlılar, xroniki xəstələr və səhiyyə işçilərindən sonra vaksinasiya etmək lazımdır”, - deyə ÜST tövsiyə edir.

Qeyd edək ki, bir müddət öncə qurum koronavirus əleyhinə vaksinlərin uşaqlara təsiri barədə yetərincə məlumat olmaması səbəbdən onların peyvəndlənməsini məsləhət görmürdü.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.