CƏMİYYƏT
ÜZEYİR HACIBƏYOVUN 120 İLLİYİNƏ HƏSR OLUNMUŞ MUSİQİ GECƏSİ
AZƏRTAC xəbər verir ki, dekabrın 16-da Bakı Musiqi Akademiyasında (BMA) dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 120 illiyi münasibətilə orqan və klavesin musiqisi gecəsi keçirilmişdir.
Tədbirin əvvəlində BMA-nın dosenti Xatirə Həsənzadə dünya və Azərbaycan bəstəkarlarının orqan, klavesin musiqisi və konsertin proqramı haqqında danışmışdır. Konsertdə Bax, Pörsel, Frank, Perqolezi, Dürüfle ilə yanaşı, Üzeyir Hacıbəyov, Qara Qarayev, Sevda İbrahimova və digər bəstəkarların da əsərləri səslənmişdir. Afaq Aşumova (orqan) “Arazbarı” (Ü.Hacıbəyov), Rasimə Babayeva (orqan), skripkaçılar Mustafa Mehmandarov, Həsən Abasquliyev, Teymur Əhmədov ”Ariya” (Bax), Fəridə Məmmədova (soprano) “İthaf” (S.İbrahimova), Xurşid Abdullayeva (klavesin) ”4 sonata” (Skarlatti) və başqalarının ifaları alqışlarla qarşılanmışdır.