ÜZGÜÇÜLƏRİN ÖLKƏ ÇEMPİONATI BAŞA ÇATMIŞDIR
AzerTAg.az
Ordu İdman Klubunun hovuzunda çoxnövçülük dərəcəsində ölkə üzgüçülük çempionatı keçirilmişdir. Gənclər, İdman və Turizm Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, “Təhsil”, “Neftçi”, OİK idman cəmiyyətlərini, Bədən Tərbiyəsi və İdman Akademiyasını təmsil edən 59 idmançı sərbəst üsulla, batterflyay, brass və arxası üstə üzməkdə yarışmışlar. Qısa məsafələrdə sərbəst üsulla yarışlarda Nailə Xəlilova və Sergey Dyaçkov (“Təhsil”), arxası üstə üzməkdə Yelena Poşutina və Maksim Trofimov (“Təhsil”), batterflyayda Leyla İsmayılova, Elgün Babayev (“Təhsil”) , brassda Natalya Filina (“Təhsil”), Teymur Quliyev (“Neftçi”) qalib gəlmişlər. Uzaq məsafələrdə sərbəst üsulla yarışlarda Ülvi Məmmədov (OİK) daha yaxşı nəticə göstərmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var