İDMAN
U-19 Avropa çempionatının püşkatma mərasiminin vaxtı dəyişdirilib
Bakı, 12 iyul, AZƏRTAC
On doqquz yaşadək futzalçılar arasında təşkil edilən sayca ikinci Avropa çempionatının püşkatma mərasiminin vaxtı dəyişdirilib.
AZƏRTAC xəbər verir ki, UEFA əvvəlcə tədbirin iyulun 7-də baş tutacağını açıqlasa da, həmin gün UEFA Çempionlar Liqasınin ilkin mərhələsində mübarizə aparacaq komandalar rəqiblərini tanıyıb. Qitənin ali futbol qurumu U-19-ların püşkatmasını avqustun 30-na təyin edib. Beləliklə 19 yaşadək futzalçılardan ibarət millimizin rəqibləri avqustun 30-da müəyyənləşəcək. Bu turnirin ilkin mərhələsi bu il noyabrın 2-7-də keçiriləcək. Əsas mərhələnin qarşılaşmaları gələn il martın 15-20-də, həlledici görüşləri isə sentyabrın 3-10-da baş tutacaq. Final mərhələsinə İspaniya ev sahibliyi edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [18:45]
Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb
- 23.04.2024 [18:02]
“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub
- 23.04.2024 [17:56]
Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]